Latviya Azərbaycanla vizasız rejimə keçə bilər

Latviya Azərbaycanla vizasız rejimə keçə bilər
  22 May 2015    Oxunub:1801
Biz bütün tərəfdaşlarımıza vizaların liberallardırılması imkanını təqdim edirik.
Bundan əlavə bizim bu istiqamətdə Ermənistan və Azərbaycanla münasibətlərimizdə irəliləmə var.

AzVision.az xəbər verir ki, bu barədə Latviya xarici işlər naziri Edqars Rinkeviçs “Kommersant” qəzetinə istinadən xəbər verir.
“Biz Belarusla viza rejiminin sadələşdirilməsinə dair danışıqlar aparırıq. Lakin hələlik hüquqi sənədlər hazır deyil. Əgər Ermənistan və Azərbaycan istəsələr və bütün kriteriyalar yerinə yetirilsə, onda mən bu ölkələrə belə bir imkanın təqdim olunmaması üçün əsas görmürəm. Biz axı Moldova ilə vizasız rejimə keçmişik”, - deyə Latviya XİN rəhbəri vurğulayıb.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:





Xəbər lenti