Lapşinin anası Azərbaycana gəlir - (VİDEOXƏBƏR)

Lapşinin anası Azərbaycana gəlir - (VİDEOXƏBƏR)
  09 Fevral 2017    Oxunub:9998
Aleksandr Lapşinin anası oğlunun məhkəmə prosesini izləmək üçün Azərbaycana gələcək.
AzVision.az İsrail KİV-nə istinadən xəbər verir ki, bunu bloqqerin bacısı Yuliya bildirib.

“Mənim anam ən qısa zamanda məhkəmə prosesini izləmək üçün Bakıya getmək istəyir”, - Yuliya deyib.

Lapşinin anası bundan əvvəl oğlunun bağışlanması üçün Azərbaycan prezidentinə müraciət etmişdi.

Qeyd edək ki, Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfər etmiş bloqqer Aleksandr Lapşin fevralın 7-də Belarusdan Azərbaycana ekstradisiya edilib.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti