Lapşin Bakıya belə gətirildi - (VİDEOXƏBƏR)

Lapşin Bakıya belə gətirildi - (VİDEOXƏBƏR)
  08 Fevral 2017    Oxunub:12072
Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfər etmiş bloqqer Aleksandr Lapşin ötən gün Belarusdan Azərbaycana ekstradisiya edilib.

AzVision.az xəbər verir ki, Lapşini Azərbaycana gətirən təyyarə fevralın 7-də saat 23.00 radələrində Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib. Hava limanında Lapşin Belarus Respublikasının hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən Azərbaycan Respublikasının hüquq mühafizə orqanlarının əməkdaşlarına təhvil verilib.

Lapşinin Bakıya ekstradisiyası Azərbaycanın diplomatik uğuru kimi qiymətləndirilir. Bildirlir ki, Lapşinin ölkəmizə ekstradisiya edilməsi Aərbaycanın yüksək nüfuzunun göstəricisidir. Bu, həm də Ermənistatna növbəti ciddi xəbərdarlıqdır.



Xatırladaq ki, Rusiya, İsrail və Ukrayna vətəndaşlığı olan bloqger Aleksandr Lapşin 2011-ci ilin aprelində və 2012-ci ilin oktyabrında Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərlər edərək separatçı rejimin təbliğatı ilə məşğul olub. O, Azərbaycanın ərazi bütövlüyünə qarşı çağırışlar edib.

Azərbaycan Baş Prokurorluğu A. Lapşin haqqında Cinayət Məcəlləsinin 281.2 (dövlətə qarşı açıq çağırışlar) və 318.2 (sərhədi qanunsuz keçmək) maddələri ilə cinayət işi qaldırıb.

Lapşin Azərbaycan tərəfinin tələbi ilə dekabrın 14-də Belarus Respublikası hüquq mühafizə orqanlarının həyata keçirdikləri tədbirlər nəticəsində saxlanılıb.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:





Xəbər lenti