Lamiyə Quliyeva evini satır -100 min manata

Lamiyə Quliyeva evini satır  -100 min manata
  30 Mart 2015    Oxunub:6341
Həbsdə olduğu zaman mətbuatın gündəmindən düşməyən keçmiş məhkum Lamiyə Quliyeva Şəmkirdə yerləşən ata evini satışa çıxarıb.
Bu barədə AzVision.az-a Lamiyə Quliyeva özü məlumat verib. Bildirib ki, ailəsinin razılığı ilə evlərini satışa çıxarıblar.

“Biz Şəmkirdəki evimizi satışa çıxardıq. Evin qiyməti 100 min manatdır”.

L. Quliyeva Bakıya köçmək istədiyini də bildirib: “Evi satdıqdan sonra Bakıya köçəcəyik”.

Qeyd edək ki, Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlunun qətlində təqsirləndirilən Lamiyyə Quliyevə bu ilin fevralında azadlığa buraxılıb.

Hafiz Əhmədov






Teqlər:  





Xəbər lenti