Kürdlərin Qarabağa köçürülməsinə XİN-dən reaksiya

Kürdlərin Qarabağa köçürülməsinə XİN-dən reaksiya
  28 Avqust 2014    Oxunub:2852
Ermənistan və dünya yezidilərinin Milli Şurasının İraqın şimalında yaşayan 200-ə yaxın ailəni Qarabağa köçürməsi məsələsinə Azərbaycanın Xarici İşlər Nazirliyi münasibət bildirib.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev jurnalistlərə açıqlamasında bildirib ki, bu 4-cü Cenevrə Konvensiyasına ziddir:

“Yezidi kürdlərinin Azərbaycanın işğal altındakı torpaqlarında yerləşdirilməsi beynəlxalq hüquqa ziddir. Eləcə də demoqrafiq vəziyyətin dəyişdirilməsinə cəhd göstərilməsi isə 4-cü Cenevrə konvensiyasına ziddir. Bununla Ermənistan tərəfi istənilən vəziyyətdə münaqişənin həlli prosesinə xələl gətirir. Ermənistanın dağıdıcı əməlləri bunu sübut edir. ATƏT-in Minsk qrupu tərəfindən bu məsələyə ciddi reaksiya verməlidir”,-deyə XİN rəsmisi əlavə edib.

Fatimə Kərimli
AzVision.az



Teqlər:  





Xəbər lenti