Kürdlər İraqda daha bir şəhəri azad etdi

Kürdlər İraqda daha bir şəhəri azad etdi
  01 Sentyabr 2014    Oxunub:1314
İraq hərbçiləri və kürd yaraqlıları İŞİD-in ələ keçirdiyi Əmirli şəhərini azad edib.
Bu barədə AzVision.az “Reuters”ə istinadən xəbər verir.

Qeyd edək ki, daha əvvəl ABŞ Hərbi Hava Qüvvələri bu şəhərdə yerləşən İŞİD yaraqlılarına aviazərbələr endirib. Bundan əlavə, yerli əhaliyə humanitar yardım edilib.

Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti