Külək əsəcək, yağış yağacaq

Külək əsəcək, yağış yağacaq
  21 Oktyabr 2016    Oxunub:1731
Oktyabrın 22-də Bakı və Abşeron yarımadasında bəzi yerlərdə çiskinli yağış yağacağı, gündüz fasilə olacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AzVision.az-a verilən xəbərə görə, mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun yarımadada gecə 9-11° isti, gündüz 11-14° isti, Bakıda gecə 9-11° isti, gündüz 11-13° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək - 769 mm civə sütunu, nisbi rütubət 80-90 % təşkil edəcək.

Sabah Azərbaycanın rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 7-11° isti, gündüz 12-15° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-8° isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza gəlincə, oktyabrın 22-23- də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

AzVision.az


Teqlər:  





Xəbər lenti