Kuadrado “Çelsi” yolunda

Kuadrado “Çelsi” yolunda
  30 Yanvar 2015    Oxunub:1793
İngiltərənin “Çelsi” klubu İtaliyanın “Fiorentina” klubunun yarımmüdafiəçi Xuan Kuadradonu heyətinə qatmağa yaxındır.
Bu barədə AzVision.az “BBC”yə istinadən xəbər verir.

Kolumbiyalı yarımmüdafiəçi London təmsilçisi şəxsi müqavilənin şərtlərini də razılaşdırıb.
“Çelsi” Kuadradoya görə 33,4 milyon avro ödəməyə hazırdır. Bundan əlavə London təmsilçisi “Fiorentina”ya Məhəmməd Salahı icarəyə verəcək.

Kuadradonun bu gün Londonda tibbi müayinədən keçiriləcəyi gözlənilir.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti