Krım Ukraynadan ayrıla bilər

Krım Ukraynadan ayrıla bilər
  20 Fevral 2014    Oxunub:2241
Muxtar Respubklika parlamentinin sədri Vladimir Konstantinov hesab edir ki, Ukraynanın dağılacağı təqdirdə bu ssenari mümkündür.
Moskvada məsləhətləşmələr aparan Muxtar Respublika parlamentinin sədri hesab edir ki, Ukrayna dağılsa, Krım ayrılacaq.

Ukrayna paytaxtında toqquşmaların baş verdiyi şəraitdə Krım hakimiyyəti daha da tez-tez qurumun Ukraynadan ayrılması imkanından bəhs edirlər. Muxtar Respubklika parlamentinin sədri Vladimir Konstantinov hesab edir ki, Ukraynanın dağılacağı təqdirdə bu ssenari mümkündür.

“Ukrayna dağılsa, bu mümkündür. Hər şey buna doğru gedir”, - deyə Konstantinov jurnalistlərin suallarını cavablandırıb. Rusiya millət vəkilləri ilə məsləhətləşmələr aparmaq üçün Moskvaya gəlmiş Konstantinov deyib ki, əgər nümayişçilərin təzyiqləri altında mərkəzi hakimiyyət devrilsə, Krımın Ali Şurası muxtariyyət üçün legitim yalnız öz qərarlarını hesab edəcək.

“Bu təqdirdə də bizim yeganə yolumuz qalacaq – SSRİ Kommunist Partiyası Mərkəzi Komitəsinin Krımın Rusiyadan Ukraynaya verilməsi haqqında 1954-cü il tarixli qərarını denonsasiya etmək. Krımın ayrılmağını ciddi müstəvidə müzakirə etmək hələ tezdir, çünki bu hazırkı Ukrayna hakimiyyətinin vəziyyətini pisləşdirə bilər”, - deyə Krım parlamentinin sədri vurğulayıb.

Krım vəziyyətin gərginləşəcəyi təqdirdə ayrılmaq barədə referendum keçirməyə hazırdırmı sualına Konstantinov belə cavab verib: “Mən bu mövzunu çeynəməzdim, çünki Krım bu gün ölkənin mərkəzi hakimiyyətinin dayaqlarından biridir. Əgər biz bununla məşğul olsaq, mərkəzi hakimiyyəti özümüz məhv edəcəyik”.

Onun sözlərinə görə, ölkəni xilas etmək şansı cuzi olsa da var. “Amma de-fakto Ukraynanın parçalanması artıq baş verib. Belə şəraitdə seçkiləri necə keçirmək olar? Söhbət konkret şəxsiyyətlərdən getmir. Əvvəlcə ölkədəki “yanğını söndürmək” lazımdır. Bunu etməsək, onda xilas etməyə də bir şey qalmayacaq”, - deyə Vladimir Konstantinov bildirib.

Vəziyyətin tənzimlənməsi şanslarından danışan spiker qeyd edib ki, Kiyevdə hal-hazırda yaxşı ödənişli və güllə altına özünü atmağa hazır olan 5 minlik xarici ordu mövcuddur. Onun fikrincə, etirazçılar hazırlanıb və silahlanıb. “Şəhərin mərkəzində faktiki olaraq xarici ordu var – yaxşı təlim keçmiş, silahlanmış, danqaz, yaxşı ödənilmiş. Bizdə olan məlumatlara görə, bu yaraqlıların sayı 5 minə yaxındır. Ümumi səfərbərlikləri isə 10 minə çatır. Ukrayna burada sadəcə bir mərhələdir. Kiyevdə bütün rus dünyasına güclü bir etiraz ortalığa qoyulub”, - deyə o söyləyib.

Konstantinov Rusiya hakimiyyətini bu antikonstitusion çevrilişi planlaşdıran və maliyyələşdirənlərə çox dəqiq və birmənalı siqnal verməyə çağırıb. “Əgər Ukraynada hakimiyyət devrilsə, o andan bütün baş verəcək hərəkətlər qeyri-qanuni hesab ediləcək”, - deyən parlament sədri bununla Rusiya hakimiyyətinə təklif edib ki, o, Ukrayna müxalifətini belə olacağı təqdirdə bütün dövlətlərarası razılaşmaların ləğv ediləcəyi ilə təhdid etsin.

Konstantinov özünün Moskvaya məhz bu günlərdə səfəri məsələsinə aydınlıq gətirərkən deyib ki, bu səfər və rusiyalı deputatlarla danışıqlar bir il bundan qabaq planlaşdırılıbmış.


Teqlər:





Xəbər lenti