Kreml Putinlə bağlı təklifi rədd etdi

Kreml Putinlə bağlı təklifi rədd etdi
  28 Fevral 2015    Oxunub:3201
Rəsmi Kreml Rusiyanın Krasnomask şəhərinə prezident Vladimir Putinin adının verilməsinə qarşı çıxıb.
AzVision.az-ın məlumatına görə, Putinin mətbuat katibi Dmitri Peskov mətbuata açıqlamasında bu təklifin real olmadığını bildirib. Peskov qeyd edib ki, Krasnomask şəhərinin adının Putin olaraq dəyişdirilməsi təklifi qəbul oluna bilməz. Kreml rəsmisi qeyd edib ki, insanların rifah halını yaxşılaşdırmaq üçün başqa variantlara əl atmaq lazımdır.

Qeyd edək ki, Permdən 34 km qərbdə yerləşən Krasnokamsk şəhərinin sakinləri bu təşəbbüslə çıxış edib. Belə ki, şəhərdə su, yollar, park və infrastrukturla bağlı problem var. Sakinlər düşünür ki, şəhərə Putinin adı verilsə problem həll olunar, turistlərin də sayı artar.

Şəhər bələdiyyəsində təşəbbüs üçün 3530 səs yığılsa, şəhərə Putinin adını verəcəklər.

Anar


Teqlər:  





Xəbər lenti