Kralı şantaj edən jurnalistlər həbs edildi

Kralı şantaj edən  jurnalistlər həbs edildi
  28 Avqust 2015    Oxunub:1981
Fransada Mərakeş kralı VI Məhəmməd haqqında kitab yazan jurnalistlər həbs olunub.
AzVision.az `BBC`yə istinadən xəbər verir ki, jurnalistlər monarxı şantaj etməklə 3 milyon avro almaq cəhdində ittiham olunub.

Cinayətkarlar - 68 yaşlı Erik Loran və Katrin Qrasye guya kralı ləkələyən informasiyanı öz kitabından yayımlamamaq üçün VI Məhəmməddən pul ödəməyi tələb edib.

Avqustun 11-i Loran kralın vəkili ilə görüşüb və ona öz tələblərini çatdırıb. Mərakeş rəhbərliyi buna cavab olaraq polisə müraciət edib.

Fransa hüquq mühafizə orqanları şantajçı jurnalistləri nəzarətə götürüblər. Onlar VI Məhəmmədin nümayəndələri ilə Loran və Qrasyenin görüşünü kamera vasitəsilə görüntüləyiblər. Görüş zamanı kral tərəfi jurnalistlərə tələb olunan məbləğin bir hissəsini verib. Fransa polisi görüşdən sonra jurnalistləri həbs edib.

Qeyd edək ki, Erik Loran Mərakeşin sabiq kralı II Həsən haqqında kitabın da müəllifidir. Kitab 1993-cü ildə nəşr olunub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti