Kral dəfn edildi

Kral dəfn edildi
  24 Yanvar 2015    Oxunub:3489
Cəsəd tez və hər hansı təmtəraq olmadan torpağa tapşırılıb.
Ər-Riyadın İmam Turki bin Adullah məscidində Səudiyyə Ərəbistanının kralı Abdullah bin Əbdüləziz Al Səud ilə vida mərasimi keçirilib. Dualar oxunduqdan sonra kralın qızıl kəfənə bürünmüş cəsədi Al-Aud şəhər qəbiristanlığına aparılıb.

AzVision.a lent.az-a istinadən xəbər verir ki, vəhhabi adət-ənənəyə uyğun olaraq, cəsəd tez və hər hansı təmtəraq olmadan torpağa tapşırılıb. O, müsəlman adət-ənənələri üzrə adsız məzarda dəfn olunub.

Dəfn mərasimində ərəb ölkələrinin liderləri iştirak edib.

Qeyd edək ki, vida və dəfn mərasimində yalnız müsəlman dövlətlərinin liderləri iştirak ediblər.


Teqlər:  





Xəbər lenti