Komitə sədrindən yeni təyinat

Komitə sədrindən yeni təyinat
  16 Sentyabr 2014    Oxunub:2227
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində informasiya azadlığı üzrə məsul şəxs müəyyən olunub.
Komitənin mətbuat xidmətindən AzVision.az-a verilən xəbərə görə, bu barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov tərəfindən müvafiq əmr imzalanıb.

Əmrə əsasən "Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın 1.1-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İnformasiya texnologiyaları, mətbuat və beynəlxalq əlaqələr sektorunun aparıcı məsləhətçisi Səbuhi Qəhrəmanov Komitənin informasiya azadlığı üzrə məsul şəxsi müəyyən edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti