Kolleclərə qəbul olmaq istəyənlərə müraciət
Həm ali təhsil müəssisələrinin, həm də kolleclərin müsabiqəsində iştirak etmək istəyən abituriyentlər isə ali təhsil müəssisələrinə sənəd qəbulu zamanı ərizə verib müvafiq ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanında iştirak etməlidirlər. Ali təhsil müəssisələrinə qəbulun nəticələri elan olunduqdan sonra həmin abituriyentlər orta ixtisas təhsil müəssisələri üzrə ixtisas seçimində iştirak edə bilərlər.
TQDK-nın məlumatına görə, bu haqda daha ətraflı məlumat gələn ilin əvvəlində nəşr olunacaq 1 saylı "Abituriyent" jurnalında təqdim olunacaq.
Fatimə Kərimli