Kolleclərə qəbul azaldılıb – 4401 yer

Kolleclərə qəbul azaldılıb – 4401 yer
  18 Dekabr 2014    Oxunub:1455
“Təhsil müəssisələrində qəbul yerləri real tələbata əsaslanmadan artırılıb”.
AzVision.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, orta ixtisas təhsili müəssisələrində son illərdə real tələbata əsaslanmadan artırılmış qəbul yerlərinin sayı keçən tədris ilinə nisbətən azaldılaraq, 15 667 yerdən 11 266 yerə endirilib.

Nazirlikdən bildiriblər ki, qiyabi təhsil forması üzrə kolleclərə tələbə qəbulu planı əvvəlki tədris ilinə nəzərən 4,1 dəfə azaldılıb, “ibtidai sinif müəllimliyi” və “informatika müəllimliyi” ixtisasları qəbul planından çıxarılıb. Kolleclərə “məktəbəqədər təlim və tərbiyə” ixtisası üzrə qəbul yerləri əvvəlki tədris ilinə nisbətən 38 faiz az planlaşdırılıb.

Nazirlər Kabinetinin qərarı ilə təsdiq olunmuş “Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na və Təhsil Nazirliyinin müvafiq əmrinə uyğun olaraq, 2014-2015-ci tədris ilindən tələbələr kredit sistemi əsasında təhsil alır. Bununla bağlı bütün zəruri hazırlıq işləri aparılıb, 115 ixtisas üzrə kredit sisteminə əsaslanmış təhsil proqramları hazırlanaraq tətbiq edilib.

Sevinc İltifatqızı
AzVision.az


Teqlər:





Xəbər lenti