Köhnə maşınların qiyməti ucuzlaşıb

Köhnə maşınların qiyməti ucuzlaşıb
  21 Noyabr 2014    Oxunub:8303
“İstismarda olan köhnə avtomobillərin qiymətində müəyyən qədər ucuzlaşma müşahidə olunur”.
Bu barədə AzVision.az-a daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı məlumat verib. Onun sözlərinə görə, yeni avtomobillərin qiymətində isə azalma müşahidə olunmur.

“İstismarda olan avtomobillərin qiymətinin düşməsi bazardakı passivliklə bağlı olan məsələdir. Alqı-satqının kəskin azalması istismarda olan avtomobillərin qiymətinin aşağı düşməsinə səbəb olur”.

Ekspert bildirib ki, bu ilin aprel ayından başlayaraq avtomobil bazarının dinamikası kəskin azalıb:

“Bu günlərdə Dövlət Gömrük Komitəsinin ölkəyə idxal olunan avtomobillərlə bağlı rəsmi açıqlaması oldu. Həmin məlumatlardan da görmək olar ki, ölkəyə idxal olunan avtomobillərin sayı kəskin azalıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 33 faizə yaxın avtomobil idxalı azalıb. Hesab edirəm ki, ilin sonuna qədər avtomobil idxalında 2 dəfə azalma müşhaidə olunacaq”.

Anar Kəlbiyev


Teqlər:





Xəbər lenti