Klinton Trampı 5 faiz qabaqlayır - Sorğu

Klinton Trampı 5 faiz qabaqlayır - Sorğu
  27 Avqust 2016    Oxunub:1609
ABŞ prezidentliyinə Demokratik Partiyasından namizəd Hillari Klinton rəqibini, respublikaçıların namizədi Donald Trampı 5% qabaqlayır.
“Reuters” xəbər verir ki, agentlik və “İpsos” şirkəti tərəfindən birgə keçirilmiş son sorğuya əsasən, Klinton seçicilərin səsinin 41 faizini, Tramp isə 36 faizini toplaya bilər.

Qeyd edək ki, ötən həftə “Reuters” agentliyi və “İpsos” şirkəti tərəfindən birgə keçirilmiş sorğuda rəyi soruşulanlardan 45 faizi Klintonu, 33 faizi isə Trampı dəstəkləyib.

Xatırladaq ki, ABŞ-da bu il noyabrın 8-də növbəti prezident seçkiləri keçiriləcək. (Apa)

AzVision.az



Teqlər:





Xəbər lenti