Klinton Rusiyada ciddi səhv etdi - Məxfi sənədlər oteldə qaldı

Klinton Rusiyada ciddi səhv etdi - Məxfi sənədlər oteldə qaldı
  24 Sentyabr 2016    Oxunub:4055
ABŞ prezidentliyinə namizəd Hilları Klinton dövlət katibi vəzifəsində çalışarkən gizli məlumatların qorunması qaydalarını pozub.

AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Amerika Birləşmiş Ştatları Federal Təhqiqat Bürosunun (FTB) rəhbəri Ceyms Komi deyib.

Onun sözlərinə görə, Demokratlar Partiyasındən prezidentliyə namizəd Hillari Klinton dövlət katibi vəzifəsində çalışarkən Rusiyaya etdiyi səfər zamanı bu qaydaları pozub. O, məxfi sənədlərin olduğu çantanı otel otağını tərk edən zaman özü ilə götürməyib.

Bundan sonra otağa daxil olan diplomatik nümayəndələyin mühafizəçiləri otaqda unudulan çantanı müəyyən ediblər. Çantanın içərisində ABŞ üçün əhəmiyyətli olan məxfi sənədlər aşkarlanıb.

Qeyd olunub ki, məxfi sənədlərin otel nömrəsinə aparılması qanunla qadağandır.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:  





Xəbər lenti