Klinton yenə Trampa qalib gəldi - CNN-in sorğusu

Klinton yenə Trampa qalib gəldi - CNN-in sorğusu
  20 Oktyabr 2016    Oxunub:4086
ABŞ prezidentliyinə namizəd Hilari Klinton debatların ikinci raundunda respublikaçı rəqibi Donald Trampa qalib gəlib.

AzVision.az xəbər verir ki, bunu “CNN” telekanalının "Opinion Research Corporation"la birgə keçirdiyi blits-sorğunun nəticələri göstərir. Belə ki, tamaşaçıların 52%-i Klintona, 39%-i isə Trampa səs verib.

Klinton və Tramp arasında son debatlar Nevada ştatında, Las-Veqasda keçirilib.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrın 8-də baş tutacaq.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti