Kıvanç Tatlıtuğ Türkiyəni tərk edir

Kıvanç Tatlıtuğ Türkiyəni tərk edir
  27 Noyabr 2014    Oxunub:4147
Məşhur aktyor Kıvanç Tatlıtuğ Türkiyəni tərk edərək Amerikaya köçəcək.
AzVision.az xəbər verir ki, bu barədə aktyor özü məlumat verib. Sonuncu dəfə “Kurt Seyit ve Şura” serialında baş rolu ifa edən aktyor bundan sonra Los-Ancelesdə yaşayacaq.

Onun Amerikada aktyorluq təhsili alacağı və bu məqsədlə ora köçdüyü bildirilir. Aktyor həmçinin deyib ki, ingilis dilini təkmilləşdirmək üçün ABŞ-da yaşaması vabicbdir.

Uzun müddət heç bir serialda rol almayacağını bildirən məşhur aktyor sadəcə müqaviləsi olan banklardan birinin reklam çarxlarında iştirak etmək üçün Türkiyəyə gələcəyini deyib.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti