Kişini bıçaqlayan qadın tutulub

Kişini bıçaqlayan qadın tutulub
  07 Fevral 2016    Oxunub:1531
Yevlax şəhərində kişini bıçaqlayan qadın tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətin verilən məlumata görə, yanvarın 29-da Yevlax şəhərində yaşayan Azər Əhmədov kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilib.

Yevlax RPŞ əməkdaşları tərəfindən aparılmış araşdırmalarla A.Əhmədovla həmyerlisi Lyudmila Novruzlu arasında münaqişə baş verməsi və sonuncunun ona bıçaqla xəsarət yetirməsi müəyyən edilib.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə L.Novruzlu tutulub.


Teqlər:





Xəbər lenti