Kişilərə qadınlarla bağlı 6 tövsiyə

Kişilərə qadınlarla bağlı 6 tövsiyə
  02 Oktyabr 2014    Oxunub:3688
Bu yazıda kişilərin ailədə və ümumiyyətlə, cəmiyyətdə qadınlarla necə rəftar etməli olduğu barədə söhbət açacağıq.

Qadınlar daim bir kişinin kölgəsinə sığınmağı sevirlər. Daim sevgi və nəvaziş niyazında olan qadın kişinin ən çox mərdliyi və kişiliyinə aşiq olur. Ciddi və ciddi olduğu qədər mülayim olan kişilər qadınların arzusudur. Qadının gözündə kişiyə yaraşıq verən onun xarici görkəmindən çox, dürüstlüyü, sədaqətli olması və mərdliyidir.

Ailədə qadınıın xasiyyətindən şikayət edən kişi gərək öncə özünü islah etsin. Çünki pis xasiyyətli qadın çox az olur. Əksər vaxtlarda evlilikdən əvvəliki dövrdə və yaxud evliliyin ilk illərində kişi qadının tərbiyəsinə ciddi zərbələr vurur. Sonra isə özü səbəb olduğu bir işdən şikayətlənir.

Kişilərin diqqətsiz olduğu məqamlar bunlardır:

1. İlk olaraq sevgililik dönəmindən başlamaq lazımdır. Çünki gələcək ailənin bünövrəsi bu illərdə qoyulur. Bu illərdə qadına qarşı həddindən artıq şövqlü olan kişi, ailə qurduqdan sonra sanki məqsədinə çatmış kimi heç əhəmiyyət vermir və yaxud çox az əhəmiyyət verir. Bax bu, ilkin zərbədir. Bu cür davranış mürəkkəb həyata yenicə qədəm qoymuş bir qadına çox mənfi təsir edir. Çünki o, aşiq olub gəldiyi insanı artıq başqa simada görür. Sanki özünü aldadılmış və təhqir olunmuş hesab edir. Odur ki, kişi ailəli olduqdan sonra da sevgili vaxtında olduğu kimi qalmağa çalışmalıdır.

2. Qadının əxlaqında təsir qoyan ikinci amil kişinin hərəkətləri və davranışıdır. Kişi yalan danışdıqca qadının gözündə alçalır. Kişi bacardıqca rəzil sifətlərdən uzaq olmalıdır. Kişi istər evdə, istərsə də çöldə kişiliyə yaraşmayan hərəkətlər etdikdə onun ancaq qadınların hiss etdiyi kişilik ətri aradan qalxır.

3. Qadın ailədə kişinin xoşuna gəlmədiyi bir hərəkətə yol verdikdə kişi gərək o nöqsanı düzəltməyi bir dəfə ona desin. Gündə yüz dəfə deyib, sözünün dəyərini itirmək lazım deyil. Əgər qadın o əməli tərk etməzsə, bir müddətdən sonra yenə ciddi şəkildə xəbərdarlıq etsin. Başa düşən qadın ikinci xəbərdarlıqda özünü yığışdırır.

4. Kişinin subaylıq vaxtında olan dostlarını evə gətirməsi və əvvəlki kimi onlarla əlaqədə olması çox böyük nöqsandır. Ümumiyyətlə, kişi gərək başqa kişini qadınının yanında tərifləməsin. Qadın da həmçinin.

5. Əsas və önəm veriləsi məsələ ailəyə haram loxma yedizdirməməkdir. Haram tikə ailədə haram hislər oyadar.

6. Kişi ifrata varmadan qısqanmağı bacarmalıdır. Qısqanclıq iki mənada olur. Biri qeyrətdən doğan, digəri isə səfehlikdən. Qadını çox sıxmaq düzgün deyil.

7. Kişi müvəqqəti ünsiyyətdə olduğu qadınlara xor baxmamalıdır. Onlarla yaşadığını gəlib dostları içində danışmamalıdır.

Zaur Tahirsoy


Teqlər:





Xəbər lenti