Kişi və qadın evdə asılmış vəziyyətdə tapıldı - Bakıda

Kişi və qadın evdə asılmış vəziyyətdə tapıldı - Bakıda
  24 Aprel 2015    Oxunub:2677
Bakıda evdə iki meyit aşkarlanıb.
Hadisə Pirşağı qəsəbəsi, 2-ci Sovxozda, ünvansız tikilidə qeydə alınıb. Həmin ünvanda iki nəfər asılmış vəziyyətdə tapılıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları çıxıb. Hazırda hadisə yeri müayinə edilməklə araşdırmalar davam etdirilir.

Sabunçu Rayon Prokurorluğundan APA-ya bildirilib ki, meyitləri tapılmış şəxslərin adları artır müəyyənləşib.

Araşdırmalar zamanı məlum olub ki, onlar – Masallı rayon sakini, 1975-ci il təvəllüdlü Rəna Vaqif qızı Əsgərova və Qubadlı rayon sakini, 1988-ci il təvəllüdlü Razim Rahid oğlu Telmanzadədir.

Adıçəkilən şəxslərin intihar edib-etmədiyi araşdırılır.


Teqlər:





Xəbər lenti