Kişi arvadını güllələyib, sonra özünü öldürdü

Kişi arvadını güllələyib, sonra özünü öldürdü
  29 Noyabr 2015    Oxunub:2016
Zaqatala sakini tüfənglə yoldaşını yaraladıqdan sonra özünə bıçaqlayaraq öldürüb.

AzVision.az xəbər verir ki, Zaqatala Rayon Mərkəzi Xəstəxanasından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, noyabrın 28-i gecə saat 23:30 radələrində rayonun Bəhmənli kənd sakini 1990-cı il təvəllüdlü Zümrüd Nazim qızı İbrahimova qarın boşluğundan güllə xəsarətləri ilə, onun əri 1981-ci il təvəllüdlü Nəsimi Nəzir oğlu İbrahimov bıçaq xəsarətləri ilə xəstəxanaya daxil olublar.

Zaqatala Rayon Mərkəzi Xəstəxanasından verilən xəbərə görə, noyabrın 28-i gecə saat 23:30 radələrində xəstəxanaya gətirilən rayonun Bəhmənli kənd sakini 1981-ci il təvəllüdlü Nəsimi Nəzir oğlu İbrahimov həkimlərin səylərinə baxmayaraq səhər 06.30 radələrində özünə yetirdiyi bıçaq xəsarətlərindən reanimasiya şöbəsində keçinib.

Hadisə ilə bağlı digər versiyaların üzərində əməliyyat tədbirləri aparılır.

AzVision.az


Teqlər:  





Xəbər lenti