Kirayə evlər ucuzlaşır
Ekspertlərin fikrincə, Avropa Oyunları başa çatıb və bundan sonra qiymətlər ucuzlaşa bilər. Kirayə ev sahibləri, xüsusən də mənzil alqı-satqısı ilə məşğul olan ofislər kirayə evlərin qiymətində güzəştə getməyə məcburdurlar.
Monitorinqlər göstərib ki, şəhərin mərkəzində bəzi mənzillərin bir aylıq kirayə haqqı hətta 2 min manatdan çox olub. Baxmayaraq ki, həmin mənzillər əvvəlki aylarda 1000-1200 manata təklif edilirdi. Bu, ölkəmizə gələn turistlərin sayının artmasından evlərin kirayə verilməsi ilə məşğul olanların süni şəkildə qazanc əldə etmək istəyi ilə bağlı olub. Amma indi daşınmaz əmlak bazarındakı vəziyyətin dəyişəcəyi gözlənilir.
AzVision.az
Teqlər: