Kikabidze Bakıda- Fotolar

Kikabidze Bakıda- Fotolar
  21 Dekabr 2014    Oxunub:2240
Dekabrın 20-də Heydər Əliyev Mərkəzində Gürcüstanın Xalq Artisti, görkəmli kino aktyoru və müğənni Vaxtanq Kikabidzenin solo konserti keçirilib.
Heydər Əliyev Mərkəzindən AzVision.az-a verilən xəbərə görə, konsertin əvvəlində Bakının gözəlliyindən söz açan ifaçı bakılı tamaşaçılar qarşısında çıxışdan qürür duyduğunu bildirib.

Vaxtanq Kikabidze yaradıcılığının müxtəlif illərinin mahnılarını izləyicilərə onların tarixçələrini danışaraq təqdim edib.

Canlı əfsanə səhnəni tanınmış gürcü müğənnisi Liza Baqrationi ilə bölüşüb.

Konsertin sonunda tamaşaçı alqışları ilə bir neçə dəfə səhnəyə qayıdan V.Kikabidze proqramı Azərbaycan xalq mahnısı “Bəri bax”ın da daxil edildiyi “Qafqaz popurisi” ilə sona çatdırıb.

Qalereya




Teqlər:  





Xəbər lenti