Kerrinin 7 günlük kritik səfəri başladı

Kerrinin 7 günlük kritik səfəri başladı
  02 Avqust 2015    Oxunub:3090
Avqustun 1-də ABŞ-ın dövlət katibi Con Kerrinin Orta Şərq turnesi start götürüb.

ABŞ rəsmisi ilk olaraq Misirin paytaxtı Qahirəyə gəlib. Avqustun 8-dək davam edəcək səfər çərçivəsində Con Kerrinin Qətərə və Cənub-Şərqi Asiya ölkələrinə gedəcəyi gözlənilir. Onun Səudiyyə Ərəbistanı, Oman, Küveyt, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və Qətərdən olan həmkarları ilə görüşləri nəzərdə tutulub. Görüşlərdə İranın nüvə proqramı haqqında Vyanada imzalanan sazişlə bağlı məsələlər müzakirə olunacaq.

Turne çərçivəsində ABŞ dövlət katibinin ölkəsinin ən sadiq müttəfiqi olan İsrailə səfəri nəzərdə tutulmayıb.


Teqlər:  





Xəbər lenti