Kerri təcili İsrailə getdi

Kerri təcili İsrailə getdi
  23 İyul 2014    Oxunub:700
ABŞ dövlət katibi Con Kerri ABŞ Hərbi hava Qüvvələrinə məxsus təyyarədə İsrailə yola düşüb.
Bu barədə AzVision.az “Associated Press” agentliyinə istinadən xəbər verir.

Kerri regiona səfər zamanı İsrailin baş naziri Binyamin Netanyahu, Fələstin lideri Mahmud Abbas və BMT baş katibi Pan Gi Munla danışıqlar aparacaq.

İsrail səfərindən öncə isə Kerri Misirin paytaxtı Qahirədə olub. O, burada Misir prezidenti Abdel-Fəttah əl-Sisi ilə görüşərək Qəzzada münaqişənin dayandırılmasına dair fikir mübadiləsi aparıb.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti