Kerri Qarabağla bağlı tapşırıq verib

Kerri Qarabağla bağlı tapşırıq verib
  29 İyul 2014    Oxunub:958
ABŞ-ın dövlət katibi Con Kerri Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi ilə bağlı xarici ölkələrdəki diplomatlarına xüsusi tapşırıq verib
AzVision.az xəbər verir ki, bu barədə ABŞ-ın İrəvandakı səfiri Con Hefferin jurnalistlərə açıqlaması zamanı məlumat verib. Səfir ATƏT-in Minsk qrupunun fəaliyyəti çərçivəsində münaqişənin həlli ilə bağlı dipolamatik missiyalarını davam etdirdiklərini vurğulayıb:

"Con Kerri bizə Qarabağ münaqişəsinin həllində sülh yolunu axtarıb tapmağı tapşırıb",- deyə səfir qeyd edib.

Daha sonra səfir münaqişənin həlli ilə bağlı yaxın günlərdə Azərbaycan və Ermənistan prezidentlərinin görüşlərin baş tutmasına ümid etdiklərini söyləyib.

Sonda səfir qeyd edib ki, ATƏT həmsədrləri münaqişənin sülh yolu ilə həll edilməsi barədə qəbul etdikləri qərarın üzərində dururlar:

"Münaqişənin həlli üçün tək yol sülh danışıqlarıdır". (anspress)


Teqlər:





Xəbər lenti