Kəmaləddin Heydərov görüş keçirəcək

Kəmaləddin Heydərov görüş keçirəcək
  25 Aprel 2015    Oxunub:1869
Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov aprelin 29-da Daşkəsəndə vətəndaşları qəbul edəcək.
AzVision.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, qəbul Daşkəsən şəhərində, Dövlət Arxivi İdarəsinin binasında saat 11.00-da başlayacaq. Qəbulda yalnız Gəncə şəhərinin, Daşkəsən, Gədəbəy, Göygöl və Samux rayonlarının sakinlərinin, həmçinin həmin şəhər və rayonlarda məskunlaşmış məcburi köçkünlərin müraciətlərinə, Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.
Qəbula gələn vətəndaşların qeydiyyatı Dövlət Arxivi İdarəsinin binasında (ünvan: Daşkəsən şəhəri, Heydər Əliyev prospekti 2) 28 aprel 2015-ci il tarixində saat 09.00-da başlayacaq. Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidir.


Teqlər:  





Xəbər lenti