Kəlbəcər girovu əməliyyat olundu

Kəlbəcər girovu əməliyyat olundu
  27 Aprel 2015    Oxunub:2661
Ötən ilin iyul ayında Kəlbəcərdə girov götürülən Azərbaycan vətəndaşı Şahbaz Quliyev səhhətində yaranan problemlə əlaqədar əməliyyat olunub.
Bu barədə AzVision.az “Kafkazskiy Uzel” saytına istinadən xəbər verir.

Quliyev öd kisəsinin xroniki tutması diaqnozu ilə Xankəndindəki xəstəxanada cərrahiyyə əməliyyatı olub. Dağlıq Qarabağdakı “Helsinki təşəbbüsü-92” ictimai təşkilatının rəhbərliyi xəstəxanada Quliyevə baş çəkib. Onlar Şahbazın vəziyyətinin qənaətbəxş olduğunu bildiriblər.

Xatırladaq ki, Kəlbəcərdə doğma torlaqlarını ziyarət edərkən girov götürülən Dilqəm Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti