Keçmiş polis narkotiklə tutuldu

Keçmiş polis narkotiklə tutuldu
  06 Oktyabr 2015    Oxunub:1719
Zaqatalada keçmiş polis əməkdaşı həbs edilib.
AzVision.az - ın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, daxil olmuş məlumat əsasında Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri ilə rayonun Əliabad kəndi ərazisində narkotik tərkibli bitkilərin əkilib-becərilməsi ilə məşğul olan iki şəxs - Qandax kəndində yaşayan, keçmiş polis nəfəri Nəsib Nəsibov və Muxax kənd sakini, əvvəllər narkotiklərin qanunsuz dövriyyəsinə görə məhkum olunan Süleyman Süleymanov saxlanılıb.

Baxış zamanı onlardan ümumi çəkisi 400 qram olan qurudulmuş marixuana götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.


Teqlər:





Xəbər lenti