Keçmiş müşaviri İsa Qəmbərə qarşı

Keçmiş müşaviri İsa Qəmbərə qarşı
  20 Noyabr 2014    Oxunub:1201
Müsavat Partiyasının keçmiş başqan müşaviri Hüseyn Məlik İsa Qəmbəri vədinə əməl etməməkdə ittiham edib.
AzVision.az xəbər verir ki, keçmiş müşavir bildirib ki, İsa Qəmbər müsavatçılara qurultayda azad ,ədalətli, demokratik seçki vəd etmişdi, lakin bu, baş tutmadı:

“Demokratik düşüncəli müsavatçılar seçkinin azad və ədalətli olmadığını dilə gətirdikləri zaman İsa Qəmbərin dostlarına qarşı bir nifrəti, kini yarandığı açıq hiss olunmaqdadır. Özünün yanlışlığını nəzərə almayan eks- başqan əsəbi halda yaxın dostlarına qarşı hikkə göstərməkdədir. Mənçə çıxış yolu yanlışlıqları etiraf etmək , hikkəni kənara qoymaq, hikkəsiz çıxış yolları aramaq lazımdır. Dostlardan küsmək mənim istədiyimi istəmədilər deyə onlara hikkə göstərmək, növbəti yanlışlıqlarla nəticənələcəkdir”.

Fatimə


Teqlər:  





Xəbər lenti