Keçmiş məhkum narkotiklə saxlanılıb

Keçmiş məhkum narkotiklə saxlanılıb
  24 Avqust 2016    Oxunub:1286
Yevlaxdan uzun yol qət edib Qazaxa dostunu yad etməyə getdi, üzərindən narkotik çıxdı.
AzVision.az
Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, rayon polisinin keçirdiyi əməliyyat zamanı şübhəli hərəkətləri ilə diqqət çəkən 30 yaşlı Tural Rzayev saxlanılıb.

Dindirmə zamanı Yevlax sakini cibində saxladığı 13 qramdan artıq narkotik vasitəni polis əməkdaşlarına təqdim edib. Saxlanılan şəxs həşiş qatranını tapdığını deyib, amma istifadəçi olduğunu da gizlətməyib.
Araşdırmalar zamanı 30 yaşlı T.Rzayevin əvvəllər oğurluq etdiyinə görə məhkumluq həyatı yaşadığı məlum olub.

Faktla bağlı araşdırmalara başlanılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti