Keçmiş icra başçısı namizədliyini geri götürdü

Keçmiş icra başçısı namizədliyini geri götürdü
  07 Oktyabr 2015    Oxunub:3016
Deputatlığa namizəd, Yeni Azərbaycan Partiyasının üzvü Yusif Ələkbərov bu gün 59 saylı Salyan seçki dairəsinə rəsmi müraciət edərək namizədliyini geri götürüb.

AzVision.az xəbər verir ki, bu barədə virtualaz.org saytına Yusif Ələkbərov özü məlumat verib.

Milli Məclisə keçiriləcək seçkilərdə Salyan rayonunun keçmiş icra başçısı Yusif Ələkbərov da 59 saylı Salyan seçki dairəsindən deputatlığa namizəd kimi rəsmən qeydə alınmışdı. O, 2001-2004-cü illərdə Salyan rayonunun icra başçısı işləyib. Hazırda “Salyan Çörək” ASC-nin direktoru vəzifəsində çalışır. Hakim Yeni Azərbaycan Partiyasının üzvüdür.

Xatırladaq ki, YAP rəhbərliyi partiya üzvlərinə çağırış edərək adları vahid namizədlər siyahısına düşməyənlərə şəxsi təşəbbüslə seçkiyə qatılmaqdan çəkinməyi məsləhət görmüşdü. Əks halda onların cəzalandırılacağı və YAP sıralarından uzaqlaşdırılacağı barədə xəbərdarlıq edilmişdi.

YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov “Yusif Ələkbərov partiyadan çıxarılacaqmı” sualına cavabında bunun bir fərdlə bağlı məsələ olmadığını bildirmişdi:

“Ümumilikdə biz qərar vermişik ki, partiyadan kənar kim namizədliyini irəli sürəcəksə, onlar barəsində partiyanın qərarı olacaq. Aydındır ki, bu, onların konstitusion hüququdur. Amma bir üzv partiyada təmsil olunursa, şəxsi maraqlarını ümumpartiya maraqlarından üstün tutursa, təbii ki, o, eyni partiyada addımlaya bilməz”.



Teqlər:





Xəbər lenti