Keçmiş arvadının başını kəsdi

Keçmiş arvadının başını kəsdi
  31 İyul 2015    Oxunub:2416
Kürdəmir rayonunda dəhşətli cinayət baş verib.
AzVision.az lent.az-a istinadən xəbər verir ki, rayonun Sığırlı kəndində 1984-cü il təvəllüdlü Rüstəmov Elman Polad oğlu keçmiş həyat yoldaşı, 1992-ci il təvəllüdlü Mütəllimova Gülər Ramiz qızının başını kəsərək qətlə yetirib.


Dünən axşam saatlarında keçmiş qayınanasının evinə gələn E.Rüstəmov burada 23 yaşlı Gülərlə mübahisə edib və daha sonra onun başını kəsib. Hadisədən sonra E.Rüstəmov 1 yaşlı övladını götürərək uzaqlaşıb.

E.Rüstəmov polis tərəfindən saxlanılıb. İlkin dindirmə zamanı o bildirib ki, keçmiş həyat yoldaşı haqqında xoşagəlməz sözlər eşitdiyinə görə bu əməli törədib.

Qeyd edək ki, E.Rüstəmovla G.Mütəllimova bir müddət əvvəl rəsmən boşanıb. Bundan sonra E.Rüstəmov yenidən ailə həyatı qurub. G.Mütəllimovaya gəlincə, o, anası ilə tək yaşayırmış. 23 yaşlı qızın atası xeyli əvvəl vəfat edibmiş.


Teqlər:





Xəbər lenti