Kardaşyanın əri ABŞ prezidenti olmaq istəyir - VİDEO

Kardaşyanın əri ABŞ prezidenti olmaq istəyir - VİDEO
  31 Avqust 2015    Oxunub:15085
Məşhur amerikalı reper Kanye Uest `MTV` mükafatlarının təqdimetmə mərasimində verdiyi bəyanatla hamını təəccübləndirib.
AzVision.az `Varity`yə istinadən xəbər verir ki, çıxış edən reper 2020-ci il prezident seçkilərinə qatılacağını bildirib.

Mayli Sayrus, Castin Timberleyk və digər dünya ulduzları da Kanye Uestə dəstək olublar. Kanye Uestin bu çıxışı `Twitter` sosial şəbəkəsində də böyük əks-səda doğurub.

Qeyd edək ki, Kanye Uest erməni əsilli amerikalı model Kim Kardaşyanın həyat yoldaşıdır.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti