Kamran Əliyev görüş keçirdi

Kamran Əliyev görüş keçirdi
  22 Oktyabr 2014    Oxunub:1083
Oktyabrın 21-də Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) dekanı və icraçı katibi cənab Martin Kroytnerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə işgüzar görüş keçirilib.
Prokurorluğun mətbuat xidmətindən AzVision.az-a verilən xəbərə görə, görüşdə cari il noyabrın 19-21-də IACA-ya üzv və tərəfdaş ölkələrin assambleyasının Bakı şəhərində keçiriləcək 3-cü sessiyası ilə əlaqədar təşkilati məsələlər müzakirə edilib.

Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev son dövrlər ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilmiş islahatlar barədə qonaqlara ətraflı məlumat verərək, bu sahədə beynəlxalq tədbirlərin məhz Azərbaycanda keçirilməsinin təqdirəlayiq hal olduğunu xüsusi vurğulayıb.

M.Kroytner öz növbəsində Azərbaycan tərəfinin IACA-nın 3-cü sessiyasının təşkili ilə bağlı gördüyü işləri müsbət dəyərləndirərək tədbirin yüksək səviyyədə təşkil ediləcəyinə və ölkəmizin beynəlxalq səviyyədə nüfuzunun daha da yüksəldilməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.


Teqlər:





Xəbər lenti