Kamran Ağayev cəzalandırıldı

Kamran Ağayev cəzalandırıldı
  18 Yanvar 2017    Oxunub:3021
Azərbaycan milli yığmasının və Portuqaliyanın "Boavişta" klubunun qapıçısı Kamran Ağayev cəzalandırılıb.
AzVision.az -ın məlumatına görə, Ağayev Portuqaliya çempionatının XVII turunda "Benfika" ilə oyunda (3:3) etdiyi hərəkətlərə görə 3 oyunluq cəzalandırılıb.

Qeyd edək ki, “Benfika” - "Boavişta" oyunu başa çatdıqdan sonra Ağayevlə rəqib komandanın ehtiyatda olan futbolçuları arasında insident yaşanıb. Bundan sonra qolkiper birbaşa qırmızı vərəqə alıb.



AzVision.az


Teqlər:  





Xəbər lenti