Kambocanın Baş naziri Azərbaycana gəlir

Kambocanın Baş naziri Azərbaycana gəlir
  21 Aprel 2014    Oxunub:996
Kambocanın baş nazir Hun Sen sabah Azərbaycana gəlir.
AzVision.az APA- ya istinadən xəbər verir ki, bu barədə Kamboca mediası məlumat verib.

Məlumata görə, bu, baş nazir Hun Senin keçmiş sovet respublikalarına ilk səfəridir. Səfər çərçivəsində iki ölkə arasında ikitərəfli münasibətlərin və əməkdaşlığın inkişafı müzakirə ediləcək.

Baş naziri müavini və kabinet naziri Sok An, ticarət naziri Sun Çanthol, Mərkəzi Bankın sədri Çea Xantı və digər hökumət üzvləri, Kamboca Ticarət Palatasının prezidenti və iş adamlarından ibarət qrup müşayiət edəcək.

Onun Azərbaycanın baş naziri Artur Rasizadə ilə görüşü zamanı Kamboca və Azərbaycan arasında ikitərəfli məsləhətləşmələrin aparılmasına dair Anlaşma Memorandumu imzalanacağı da gözlənilir. Kambocanın baş naziri Azərbaycanın neft emalı zavoduna baş çəkəcək, biznes foruma qatılacaq.



Teqlər:





Xəbər lenti