Kaliforniya qubernatorundan Azərbaycana təbrik -FOTO

Kaliforniya qubernatorundan Azərbaycana təbrik -FOTO
  28 May 2015    Oxunub:1285
ABŞ-ın Kaliforniya ştatının qubernatoru Cerri Braun Azərbaycan Demokratik Respublikasının yaranmasının 97-ci ildönümü münasibətilə Azərbaycan xalqını və Kaliforniyadakı Azərbaycan icmasını təbrik edib.
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan AzVision.az-a verilən məlumata görə, qubernatorun Konsulluğa göndərdiyi təbrik məktubunda Azərbaycanın zəngin tarixə malik olduğu və Kaliforniyadakı Azərbaycan icmasının, eləcə də bütün dünyada yaşayan azərbaycanlıların öz mədəniyyətləri ilə fəxr etdikləri bildirilir.

Qubernator qeyd edir ki, Respublika Günü Azərbaycan icması üçün böyük önəm daşıyır. Qubernator belə bir günün qeyd olunmasının Kaliforniya mədəniyyətinə və müxtəlifliyinə töhfələr vermiş ənənələrin qorunmasına xidmət etdiyini bildirir və Kaliforniya ştatı adından Azərbaycan xalqını və Kaliforniyada yaşayan bütün azərbaycanlıları təbrik edir.

Demokratlar Partiyasını təmsil edən C.Braun 2011-ci ildən Kaliforniyanın qubernatoru vəzifəsini daşıyır. O, bundan öncə 1975-83-cü ildə də eyni vəzifədə çalışıb.

AzVision.az


Teqlər:





Xəbər lenti