Kaladze İranda Azərbaycanı müzakirə edəcək

Kaladze İranda Azərbaycanı müzakirə edəcək
  13 Fevral 2016    Oxunub:1591
Gürcüstanın Energetika naziri Kaxa Kaladze fevralın 15-də İrana səfər edəcək.
Bunu Kaxa Kaladzenin özü jurnalistlərə açıqlamasında söyləyib. O, İrana səfəri zamanı bu ölkənin xarici işlər naziri və vitse-prezidenti ilə görüşəcəyini bildirib:

“Bizim aramızda İran qazının Gürcüstana ötürülməsi məsələsi müzakirə ediləcək. Siz yəqin ki, İran səfirinin açıqlamasını eşitdiniz. Onlar Gürcüstana təbii qaz verməyə hazır olduqlarını söyləyiblər. Bu qazın Gürcüstana çatdırılması üçün artıq iki yol var. Bunlar isə Ermənistan və Azərbaycandan keçir”.

Qeyd edək ki, Gürcüstan bir müddət öncə Rusiyadan kommersiya qazı alınması üçün “Qazprom”la danışıqlara başlayıb. Tiflis Moskva ilə bərabər Tehranla da danışıqlara start verib. Hakimiyyətin bu addımları ölkə müxalifətinin kəskin etirazına səbəb olub.

Hazırda Gürcüstanın qaza olan tələbatının böyük bir hissəsini Azərbaycan ödəyir. Rusiyadan isə Gürcüstan hər il 300 milyon kub metr qaz alır.


Teqlər:





Xəbər lenti