Kadırovdan Türkiyəyə qarşı gözlənilməz addım

Kadırovdan Türkiyəyə qarşı gözlənilməz addım
  29 İyun 2016    Oxunub:8843
Çeçenistan prezidenti Ramzan Kadırov İstanbul Atatürk Hava Limanında törədilən terror hadisəsini pisləyib.
AzVision.az-ın məlumatına görə, Kadırov hadisə zamanı həyatını itirənlərin yaxınlarına başsağlığı verib:

“Terrorçuların kim olmalarının və nə istədiklərinin heç bir önəmi yoxdur. Onların bu hərəkətlərini kəskin qınayırıq. Dünyada terrorla məqsədə çatmaq olmaz. Belə əmələ haqq qazandırmaq qətiyyən qəbul edilməzdir. Əgər terrorçulara qarşı müştərək şəkildə sərt tədbirlər görülərsə, insanlığa düşmən kəsilənlərin qarşısını almaq mümkün olar. Terrorçuların əsil məqsədi qan, kütləvi qətillər və qorxudur”.

Qeyd edək ki, Kadırov bundan öncəki çıxışlarında Türkiyə ilə bağlı sərt fikirlər səsləndirib.

Hafiz Əhmədov
AzVision.az


Teqlər:





Xəbər lenti