Kadırov Obamaya qadağa qoydu

Kadırov Obamaya qadağa qoydu
  27 İyul 2014    Oxunub:995
Çeçenistan lideri Ramzan Kadırov Barak Obamaya qadağa qoydu.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, R.Kadirov ABŞ prezidenti Barak Obama və həmin ölkənin rəsmi şəxslərinin Çeçenistana gəlməsinə qadağa qoyub.

R.Kadirov bildirib ki, ABŞ və Avropa Birliyinin rəsmi şəxslərinin `qara siyahı`sını hazırlayaraq, onların ölkəyə daxil edilməsinə qadağan edib.

Həmin şəxslər Barak Obama, Avropa Komissiyasının prezidenti Xose Manuel Barroso, Avropa İttifaqının (Aİ) ali nümayəndəsi Ketrin Aşton, Avropa Parlementinin prezidenti Martin Şhultzdur.

R.Kadirov adı çəkilən şəxslərin 27 iyuldan etibarən ölkəsinə girişlərinə qadağa qoyub.

Qeyd edək ki, ötən gün Avropa Birliyi Çeçenistanın respublika başçısı Ramzan Kadırovun adının `qara siyahı`ya düşdüyünü açıqlayıb. Bildirilib ki, ona bu ilin noyabrına qədər Avropa Birliyi ölkələrinə səfər etmək qadağan edilib, göstəriş olacağı təqdirdə isə Avropa banklarındakı hesabları dondurulacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti