KİVDF 27 qəzetə pul ayırdı - SİYAHI

KİVDF 27 qəzetə pul ayırdı - SİYAHI
  25 İyul 2016    Oxunub:11076
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Müşahidə Şurasının xüsusi iclası keçirilib.
KİVDF-dənAzVision.az-a verilən məlumata görə, iclasda prezidentin "Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı ayrılması haqqında" sərəncamına əsasən qəzetlərə birdəfəlik maliyyə yardımının ayrılması müzakirə olunub. Uzun illər ərzində sabit fəaliyyət göstərərək ictimaiyyət arasında nüfuz qazanmış, yüksək tirajı və dövriyyəsi olan, Azərbaycan qanunvericiliyinə və Jurnalistlərin Peşə Davranışı Qaydalarına ardıcıl şəkildə riayət edən gündəlik ictimai-siyasi qəzetlərə birdəfəlik maliyyə yardımının ayrılması barədə qərar qəbul edilib.

Xatırladaq ki, prezident İlham Əliyev Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı ayrılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən ölkədə nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı göstərmək üçün 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 1 milyon manat ayrılıb.

Maliyyə yardımı ayrılmış qəzetlərin siyahısı:



AzVision.az


Teqlər:  





Xəbər lenti