Jurnalistlər üçün qabiliyyət imtahanı başa çatdı

Jurnalistlər üçün qabiliyyət imtahanı başa çatdı
  29 Aprel 2016    Oxunub:1789
Jurnalistika ixtisası üzrə magistratura ixtisaslaşmalarına qəbul üçün qabiliyyət imtahanı başa çatıb.
TQDK-dan AzVision.az-a verilən məlumata görə, qabiliyyət imtahanından “məqbul” qiymət almış 21 bakalavr may ayının 3-dən 10-dək olan müddətdə aparılacaq proqram seçimi zamanı jurnalistika üzrə 44 saylı proqramı seçmək hüququ qazanıb. Onlar iyunun 5-də keçiriləcək imtahanın ikinci mərhələsində həmin proqram üzrə inşa (esse) yazacaqlar. Bu bakalavrlardan mərhələ üzrə və ümumi müsabiqə şərtini ödəyənlər ixtisaslaşma seçimi zamanı jurnalistika üzrə ixtisaslaşmaları seçə bilərlər.

Bakalavrların magistraturaya qəbul imtahanının ikinci mərhələsində yazacaqları inşaya (esseyə) qoyulan tələblər və onların qiymətləndirilmə meyarları haqqında ətraflı məlumat “Magistr” jurnalının 2016-cı il tarixli 3-cü sayında verilib.

AzVision.az


Teqlər:





Xəbər lenti