Jurnalist olmaq istəyənlərin nəzərinə

Jurnalist olmaq istəyənlərin nəzərinə
  27 İyul 2016    Oxunub:1149
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 29-da 2016/2017-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirəcək.
TQDK-nın mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, bu mərhələdə 2016-cı ilin aprel ayının 1-dən 28-dək jurnalistika ixtisasına qəbul olmaq üçün internet vasitəsilə anket dolduraraq qeydiyyatdan keçmiş və III ixtisas qrupu üzrə test imtahanı verərək müsabiqə şərtini ödəyən 539 abituriyentin iştirakı nəzərdə tutulur.

Abituriyentlər “Qabiliyyət imtahanına buraxılış vərəqələri”ni iyulun 27-dən etibarən çap edib götürə biləcəklər.

AzVision.az


Teqlər:





Xəbər lenti