İyunun 4-də imtahan olacaq

İyunun 4-də imtahan olacaq
  31 May 2016    Oxunub:1865
İyunun 4-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) növbəti SAT imtahanlarını (3 fərqli SAT imtahanı: SAT, SAT esse və SAT fənn) keçirəcək.
TQDK-dan AzVision.az-a verilən məlumata görə, imtahanlar bu qurumun inzibati binasında təşkil olunacaq. İmtahan mərkəzinin ünvanı: Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M

İmtahanda iştirak edəcək şəxslər saat 7.45-dək tələb edilən sənədlərlə birlikdə imtahan binasında olmalıdırlar.

İmtahana buraxılış üçün tələb olunan sənədlər: buraxılış vərəqəsi (Admission Ticket), şəkilli şəxsiyyət vəsiqəsi və ya xarici pasport (Identification document)

İmtahana buraxılış zamanı və imtahan müddətində qaydalarla (şəxsiyyəti təsdiqləyən sənəd, kalkulyator, telefon və təhlükəsizlik üzrə tələblər daxil olmaqla) tanışlıq üçün imtahan verənlərə https://collegereadiness.collegeboard.org/sat/taking-the-test/what-to-expect keçidi vasitəsilə təlimatla tanış olmaları tövsiyə edilir.

İmtahan saat 8.30-da başlanacaq.

İmtahana gecikənlər imtahan zalına buraxılmırlar.

SAT I (Scholastic Aptitude/Assessment Test) müxtəlif siniflərdə təhsil alan məktəb şagirdlərinin oxuma, yazma və riyazi, SAT II (SAT Subject) isə müxtəlif məktəb fənləri üzrə bilik və bacarıqları yoxlayan standartlaşdırılmış, qüvvədəolma müddəti 5 il olan test imtahanlarıdır. Hər il bu imtahanlarda iki milyondan artıq şəxs iştirak edir. SAT imtahanının nəticəsi beynəlxalq səviyyədə tanınmaqla, ABŞ-da və dünyanın müxtəlif ölkələrində kollec və universitetlərə qəbul prosesində məktəb məzunlarının ali təhsil almağa hazırlığını qiymətləndirməyə imkan verən obyektiv imtahan göstəricisi kimi qəbul olunur. SAT imtahanının nəticəsi ali təhsil ocaqlarının qəbul komissiyaları üçün müraciət edən məktəb məzunlarını eyni şkala üzrə müqayisə etməyə imkan verir, həmçinin onlara təqaüd verilməsi qərarlarını müəyyənləşdirməkdə etibarlı mənbə hesab olunur.

AzVision.az


Teqlər:





Xəbər lenti