İyun gəlir, qızmar istilər başlayır

İyun gəlir, qızmar istilər başlayır
  30 May 2015    Oxunub:2072
İyunun ilk günündə Bakıda və Abşeron yarımadasında şimal küləyi üstünlük təşkil edəcək. Bununla əlaqədar havanın temperaturu da ötən günlərlə müqayisədə bir qədər enərək gündüz saatlarında 25-30 dərəcə olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, mayın 31-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 18-21, gündüz 28-33 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında mayın 31-də hava gündüz əsasən yağmursuz olacaq. Lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 17-22, gündüz 31-36, dağlarda gecə 10-15, gündüz 20-25 dərəcə isti olacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti