İtmiş әşyaları tapmaq üçün sayt yaradıldı

İtmiş әşyaları tapmaq üçün sayt yaradıldı
  17 Aprel 2015    Oxunub:2121
Rabitә vә Yüksәk Texnologiyalar Nazirliyi tabeliyindә olan Yüksәk Texnologiyalar Parkında itirilmiş vә tapılmış әşyaların qeydiyyatını hәyata keçirәn “Etap.az” saytının tәqdimatı keçirilib.
AzVision.az xəbər verir ki, tәdbiri giriş sözü ilә açan layihә rәhbәri Bәhruz İbrahimov bildirib ki, fәaliyyәtә başlayan sayt itirilmiş әşyaların qeydiyyatı vә axtarışı xidmәtini yerinә yetirәcәk: “Bu layihә vasitәsilә itmiş әşya sahiblәri saytda pulsuz elan verә bilәcәklәr. Әsas mәqsәd internet imkanlarından istifadә edәrәk itәn әşya haqqında asanlıqla elan yayımlamaq, itirilmiş vә ya tapılmış әşyanın sahibinә qaytarılması ilә bağlı yüksәk ödәnişsiz xidmәt tәmin etmәk vә cәmiyyәtdә sosial fayda vәrdişlәri yaratmaqdır. Vebversiya kimi tәqdim olunan “Etap.az”ın gәlәcәkdә mobil versiyası da istifadәçilәrin ixtiyarına verilәcәk. Bu da öz növbәsindә daha çox adama xidmәt göstәrmәk imkanı yaradacaq. Artıq fevral ayından saytın rәsmi “Facebook” sәhifәsi fәaliyyәt göstәrir”. Bәhruz İbrahimov qeyd edib ki, layihә bir çox insanların gündәlik hәyatında rast gәlinәn problemin hәlli üçün effektiv resursdur:

“Xidmәtin ödәnişsiz tәklif olunması “Etap.az” layihәsinin sosial faydasının vә sәmәrәsinin yüksәk olduğunu demәyә әsas verir. İnternetin gündәlik hәyatımızın ayrılmaz hissәsinә çevrildiyi bir vaxtda “Etap.az”ın fәaliyyәtindәn yararlanmaq istәyәnlәrin çox olacağını düşünürük. Bu da layihәnin sәmәrәlilik dәrәcәsini göstәrir”.

Layihәnin meneceri Kamran Talıbovun sözlәrinә görә, layihә çәrçivәsindә ictimai xidmәt şәbәkәlәri ilә әmәkdaşlıq qurulacaq: “Dünya İnternet Statistika tәşkilatının 2013cü ilin son rübündә verdiyi mәlumata әsasәn, Azәrbaycanda 5,6 milyon internet istifadәçisi var. Bu rәqәmdәn çıxış edәrәk demәk mümkündür ki, “Etap.az” layihәsinin 5 milyondan çox potensial istifadәçisi var. Layihә çәrçivәsindә gündәlik restoranlar şәbәkәsi, Bakı Metropoliteni, idman sağlamlıq mәrkәzlәri, nәqliyyat strukturları vә sosial iaşә obyektlәri ilә quracağımız әmәkdaşlığı, hәmçinin layihәnin gәlәcәkdә qlobal bazara çıxma ehtimalını nәzәrә alaraq istifadәçi sayının sürәtlә artımını düşünürük.

“Etap.az” xidmәtlәrini tamamilә pulsuz tәqdim edir. Ödәnişli “premium” imkanlarından istifadә edәnlәr elanın daha çox görüntülәnmәsinә nail ola bilәrlәr”. Kamran Talıbov qeyd edib ki, bәzi itirilmiş әşyaların tapılması daha tәcili ola bilәr: “Mәsәlәn, xaricә getmәyә hazırlaşan bir insan üçün itirilmiş pasportun “Etap.az” vasitәsilә tapılması yeni nüsxәnin әldә edilmәsindәn daha sürәtli vә sәrfәli başa gәlәr. Elanın daha çox adamın diqqәtinә çıxması üçün onun görüntülәnmәsini istәyәn şәxslәr itirilmiş әşyaları “premium” imkanlarla axtarış üçün qeydiyyatdan keçirmәlidirlәr. Bunun üçün AzeriCard, yaxud MilliÖN xidmәtlәrindәn istifadә etmәklә 3 gün üçün 1 manat, 10 gün üçün 3 manat, 30 gün üçün isә 5 manat ödәniş tәlәb olunur”.

Qeyd edәk ki, layihә “Caspinet” şirkәtinin tәşkilatçılığı, “Microsoft BizSpark”, Rabitә vә Yüksәk Texnologiyalar Nazirliyinin tabeliyindәki Yüksәk Texnologiyalar Parkı vә İnformasiya Texnologiyalarının İnkişafı Dövlәt Fondunun dәstәyi ilә hәyata keçirilir.


Teqlər:  





Xəbər lenti